📍 **Dərnəgül metrosuna piyada məsafədə – West Town Yaşayış Kompleksi**
West Town Yaşayış Kompleksinin 16 mərtəbəli binasının 5-ci mərtəbəsində yerləşən, **2 otaqdan 3 otağa ideal şəkildə düzəldilmiş**, tam təmirli və tam əşyalı mənzil **kirayəyə verilir**.
✨ Mənzildə təmirdən sonra yaşayış olmayıb. Əşyaların təxminən **90%-i yenidir**. Zal və böyük yataq otağında kondisioner quraşdırılıb. İstilik sistemi kombidir. Mənzil rahat və uzunmüddətli yaşayış üçün bütün lazımi şəraitlə təmin olunub.
🏢 Binada:
* 2 sürətli lift (sərnişin və yük)
* Səliqəli giriş və müasir yaşayış kompleksi
📍 Yerləşdiyi ərazi olduqca əlverişlidir. Yaxınlıqda məktəblər, uşaq bağçaları, supermarketlər, avtobus dayanacağı, Dərnəgül metrosu, poliklinika və digər bütün vacib infrastruktur mövcuddur.
✅ Mənzil **yalnız ailəyə və ya tələbə xanımlara** kirayə verilir.
**Xidmət haqqı mövcuddur.**