Продаётся 2-комн. новостройка 58 м², м. 28 мая
28 May metrosunun 2-ci çıxışının yaxınlığında, 28 Mall Ticarət Mərkəzinə cəmi 2 dəqiqəlik piyada məsafədə yerləşən bu zövqlə layihələndirilmiş 2 otağa düzəldilmiş studio tipli mənzil satışa təqdim olunur.
Mənzil müasir minimalizm üslubunda, yüksək keyfiyyətli tikinti və təmir materiallarından istifadə edilməklə tam zövqlə təmir olunub. Funksional planlaşdırılması sayəsində yaşayış sahəsindən maksimum səmərə ilə istifadə edilib və rahat həyat üçün hər bir detal nəzərə alınıb.
Mənzildə:
1 geniş eyvan (yataq otağının qarşısında yerləşir və əlavə saxlama üçün dolabla təchiz olunub);
1 müasir sanitar qovşağı (brend hamam aksesuarları ilə təchiz edilib);
Tam təchiz olunmuş mətbəx və yaşayış sahəsi mövcuddur.
Mənzil bütün zəruri məişət texnikası ilə birlikdə satılır:
Paltaryuyan maşın
Qabyuyan maşın
Soyuducu
2 ədəd kondisioner
Soba
Kombi sistemi
2 ədəd televizor
Mənzil tam əşyalı şəkildə satışa çıxarıldığından əlavə xərc çəkmədən dərhal köçüb yaşamaq və ya yüksək gəlirlə icarəyə vermək mümkündür.
Kompleksin bir hissəsinə artıq qaz verilib.
Sənəd: Müqavilə.
Şəhərin ən prestijli və rahat lokasiyalarından birində yerləşən bu mənzil həm şəxsi yaşayış, həm də investisiya məqsədi üçün əla seçimdir.