İCARƏYƏ VERİLİR — PRESTİJLİ LOKASİYADA 3 OTAQLI PREMIUM OFİS
Şəhərin biznes mərkəzində, Nizami metro stansiyasına bir neçə dəqiqəlik məsafədə, OMD Uşaq Klinikası, Caspian Plaza və Globus Business Center-in yaxınlığında yerləşən 90 m² sahəyə malik premium ofis əşyalı uzunmüddətli icarəyə verilir.
Ofis müasir iş fəaliyyəti üçün tam hazır vəziyyətdədir. Ümumi sahəsi 90 m² olan ofis 3 geniş və işıqlı otaqdan, tam təchiz olunmuş mətbəxdən və 2 sanitar qovşaqdan ibarətdir. Rahat planlanması həm əməkdaşların, həm də müştərilərin qəbulu üçün əlverişli iş mühiti yaradır.
Mərkəzi və prestijli lokasiyası sayəsində ofisə gediş-gəliş olduqca rahatdır. Hüquq, maliyyə, konsaltinq, IT, memarlıq və digər peşəkar fəaliyyət sahələri üçün ideal seçimdir.
Ofis uzunmüddətli icarəyə təklif olunur. Ofis haqqı 30% təşkil edir.